30/07/2010 10:42
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Xəzərin Azərbaycana aid hissəsində Rusiyaya məxsus gəmi yanaraq batıb
12/03/2010 10:44
Xəzərin Azərbaycana aid hissəsində Rusiyaya məxsus gəmi yanaraq batıb

Bakı. Martın 12-si gecə 01:33-də Fövqəlacdə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizinin Çilov adası yaxınlığında Rusiya Federasiyası Dağıstan Respublikasının "Qrand" şirkətinə məxsus "MRS Kayakend" adlı balıqçı gəmisinin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. RİYAD MEDİA-nın Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, dərhal Nazirliyin yaxın ərazidə xidmətdə olan Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürmə gəmisi hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, balıqçı gəmisi yarıyadək batıb, gəminin göyərtəsində olan 15 nəfər isə xilasetmə qayıqlarında dənizə çıxıblar. Nazirliyin xilasediciləri zərərçəkmişlərdən 6-nı və hadisə yerinə gəlmiş Xəzər Dəniz Neft Donanmasına məxsus 2 gəmi isə qalan 9 nəfəri xilas edib. Xilasetmə əməliyyatına Nazirliyin 1 ədəd vertolyotu da cəlb olunub.

Küləkli hava şəraitinin xilasetmə əməliyyatını çətinləşdirməsinə baxmayaraq, qəzaya uğramış "MRS Kayakend" gəmisinin sahilə gətirilməsi üçün müvafiq tədbirlər görülür.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış