30/07/2010 10:45
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Novruz bayramı Norveçdə qeyd olunacaq
17/03/2010 03:59
Novruz bayramı Norveçdə qeyd olunacaq

Bakı. Martın 19-da Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) Osloda, Norveçin sayca ikinci böyük kitabxanasında “Azərbaycandan Musiqi” adlı Novruz konserti təskil edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən RİYAD MEDİA-ya verilən məlumata görə, tədbirdə Oslo Universitetinin professor və müəllim heyəti, əcnəbi və yerli tələbələr iştirak edəcəklər.

Konsertdə Azərbaycan Respublikasının İdman və Gənclər Nazirliyinin dəstəyi ilə xanəndələr Ehtiram Hüseyno, Gülay Qadirova, Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamanca), Əlipaşa Talıbov (nağara), Svetlana Əhmədova (piano), rəqqaslar Rəna İbrahimova və Ruslan Hacıyev əsasən norveçlilərdən ibarət auditoriya qarşısında canlı ifalarla çıxış edəcək, Azərbaycan milli musiqisinin zənginliklərini Norveç xalqına çatdıracaqlar.

Martın 20-də isə Norveçin ən məşhur konsert zallarından biri olan “Oslo Konserthus”da Azərbaycan Gəncliyi və Novruz Konserti keçiriləcək. Azərbaycanın İsveçdəki Səfirliyinin və Norveçin Azərbaycandakı Səfirliyi dəstəyi ilə reallaşan bu layihə Azərbaycan mədəniyyətinin Norveçdə tanıdılması, Azərbaycan gənclərinin bu ölkədə fəallığının artırılması, Norveçdə yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirməsi və eyni zamanda milli adət-ənələlərimizin qorunub saxlanması məqsədi daşıyır. NAYO-nin sədri ramil Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinə bildirib ki, bu, Norveçdə yaşayan Azərbaycan icmasının və Azərbaycan gəncliyinin daha da geniş müstəvidə təbliği və gələcək fəaliyyətimizə müsbət töhvə verəcək layihələrdəndir. Konsertə Norveç hökumətinin mümayəndələri, xarici ölkələrin səfirliklərinin təmsilçiləri, ölkənin ictimayi, siyasi və mədəniyyət xadimləri dəvət olunub.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış