30/07/2010 10:37
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi: “Bəzi insanlar internetin qiymətindən sui-istifadə edərək bütün üçüncü şəxslərə qeyri-qanuni xidmət göstərirlər”
18/03/2010 14:18
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi: “Bəzi insanlar internetin qiymətindən sui-istifadə edərək bütün üçüncü şəxslərə qeyri-qanuni xidmə

Bakı. Son bir neçə gün ərzində Bakinternet provayderinin tariflərində dəyişikliklər edilməsi, və istifadəyə məhdudiyyətlər qoyulması barədə əhali arasında şayiələr yayılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə edilən müraciətlərdə bu məsələyə aydınlıq gətirilməsi xahiş olunur.

Nazirliyinin mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, yaranmış vəziyyətlə bağlı bildiririk ki, Bakinternet-in tariflərində dəyişikliklər aparılmayıb. Sadəcə olaraq bəzi surətli internet istifadəçiləri sərfəli tarif qiyməti imkanlarından sui-istifadə edərək provayderlə imzalanmış müqavilə şərtlərini pozaraq üçüncü şəxslərə qeyri-qanuni xidmət göstərməklə məşğuldur. Belə vəziyyətdə isə digər istifadəçilər üçün ciddi texniki problemlər yaranır və provayder məhz bu cür xoşagəlməz halların qarşısını almaq məqsədilə müvafiq tədbirlər görür.

Məsələyə tam aydınlıq gətirmək üçün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin məlumatını istifadəçilərin diqqətinə çatdırırıq:

            “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin portalına “Bakinternet” istifadəçilərindən daxil olmuş müraciətlər ilə əlaqədar bildiririk ki, bəzi surətli internet istifadəçiləri (ADSL istifadəçiləri - təqribən 1000 nəfərə yaxın istifadəçi) onlar üçün təşkil edilmiş münbit şəraitdən və sərfəli tarif qiyməti imkanlarından sui-istifadə edərək müqavilə şərtlərini pozaraq bütün gün ərzində üçüncü şəxslərə qeyri-qanuni xidmət göstərməklə “Bakinternet” platformasında və şəbəkəsində həddindən artıq süni trafik yüklənməsi yaradırlar ki, bu da “Bakinternet”in xidmətlərindən normal istifadə edən digər istifadəçilər üçün ciddi texniki problemlər yaradır.

Görülən tədbirlər həmin istifadəçilərin internet xidmətlərindən normal yararlanması əvəzinə qeyri-qanuni yolla, istifadəçilərlə bağlanmış mövcud müqavilə şərtlərini pozaraq üçüncü şəxslərə xidmət göstərməklə qazanc əldə etmək cəhdlərinin qarşısını almaq məqsədi daşıyır. Hal-hazırda həmin istifadəçilərlə fərdi qaydada iş aparılır və onlara müvafiq xəbərdarlıqlar edilir”.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış