30/07/2010 10:53
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
ETSN nümayəndələri qanunsuz balıq ovu ilə məşğul olan şəxsləri yaxalayıb
04/03/2010 09:49
ETSN nümayəndələri qanunsuz balıq ovu ilə məşğul olan şəxsləri yaxalayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) əməkdaşları tərəfindən Siyəzən rayonu ərazisində nərəcinsli balıqların qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə operativ reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, reyd zamanı Bakı-Quba magistral yolunun Siyəzən rayonu ərazisində 40 BG 086 dövlət nömrə nişanlı “VAZ 001” markalı avtomobilə baxış keçirilərkən 16 ədəd nərə, 1 ədəd nərəcinsli uzunburun və 50 BN 951 dövlət nömrə nişanlı “Moskviç” markalı maşında isə 11 ədəd nərə, 2 ədəd nərəcinsli uzunburun balıq aşkar edilib.

Qeyd olunan faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib olunmuş və qanunsuz ovlanmış 30 ədəd balıq götürülərək orqanoleptik müayinə olunması üçün Siyəzən rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilmişdir.  Müayinə olunmuş balıqların uzun müddət yüksək temperaturda saxlanıldığı üçün istifadəyə yararsız olduğu müəyyən edilib.

Təbiətə dəymiş 6300 manat ziyanın ödənilməsinin təmin olunması və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nazirlik tərəfindən Siyəzən rayon polis şöbəsinə müraciət olunub.

Hazırda  sözügedən ərazi Nazirliyin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır.  

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış