30/07/2010 10:36
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan dünyasını dəyişir
10/12/2009 15:32
Dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan dünyasını dəyişir

Azərbaycanda 15-49 yaşlı kişilərin 49% tütünçəkmə ilə məşğuldur. Bu barədə RİYAD MEDİA-ya Azərbaycan Səhiyyə Komunikasiya Assosiyasiyasından bildirilib. Tütün həm çəkənin özünün, həm də ətrafda olan insanların sağlamlığına güclü zərbə vurur. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5.4 milyon insan dünyasını dəyişir.
Azərbaycan cəmiyyətinin əsas təsisatlarının tütünçəkmə problemi ilə mübarizə aparmağa hazırlığını təsdiqləmək məqsədilə, “Azərbaycanda Milli Tütünçəkmə ilə Mübarizə Strategiyasının Hazırlanması” layihəsi çərçivəsində Tütünlə Mübarizə üzrə Milli Konfransı keçirilir. 
Konfransda Milli Məclis,Səhiyyə Nazirliyi, Səhiyyə və İdman və Gənclər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, Ümumdünya Səhiyyə Təşkilatı, xarici ekspert və qeyri-hökümət təşkilatların nümayəndələri təqdimatlarla çıxış edib, tütünçəkmə probleminin həll yollarını tapmağa çalışacaq.
“Azərbaycanda Milli Tütünçəkmə ilə Mübarizə Strategiyasının Hazırlanması” layihəsi Azərbaycanda Tütünçəkmənin Azaldılması üçün Blümberq Təşəbbüsünün dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin Blümberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən həyata keçirilir. Bir illik layihə 2009-cu ilin oktyabr ayında başlayıb.


Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış