30/07/2010 10:46
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Bu gün ikinci- Od çərşənbəsidir
02/03/2010 09:31
Bu gün ikinci- Od çərşənbəsidir

Od çərşənbəsi Boz ayın dörd müqəddəs çərşənbəsindən ikincisidir. Buna bəzən xalq arasında üsgü (tonqal) və ya ocaq çərşənbəsi də deyilir. İnamlara görə insan odu nə qədər əzizləsə o qədər yüngül olar, çətinlikləri azalar. Bütün həyətlərdə tonqal qalanar.

Çərşənbələr Novruz bayramının əsas atributlarındandır. Bəzi ehtimallara görə, bu bayram e.ə. 505-ci ildən qeyd olunur. Şimal yarımkürəsində yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə, martın 20-21-də keçirilir. Azərbaycanda, adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir, şiriniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir.

Rəngbərəng yumurta boyanır, sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. İnsanların etiqadına görə bir ilini necə keçirəcəyi Novruzun necə gəlməsi ilə əlaqədardır.

Çərşənbəniz mübarək!

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış