11/03/2010 14:29
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Partnyorlar  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Bakı Fond Birjasının səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib
08/02/2010 15:51
Bakı Fond Birjasının səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib

Bakı Fond Birjasının (BFB) Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda BFB-nin 2010-2012-ci illər üzrə Strateji Planı qəbul edilib. BFB-dan RİYAD MEDİA-ya verilən məlumata görə, sənədə əsasən, qiymətli kağızlarla ticarətin mexanizminin və klirinq-hesablaşma sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmasının başa çatdırılması, risklərin idarə edilməsi sistemlərinin modifikasiyası və standartlaşdırılması, habelə daxili potensialın inkişaf etdirilməsi növbəti üç il ərzində birjanın fəaliyyətinin prioritet istiqamətləri kimi qəbul edilib. Ortamüddətli perspektivdə isə BFB-nin əsas strateji hədəflərindən biri olaraq yeni birja alətlərinin işlənib hazırlanması müəyyən edilib.

Yığıncaqda həmçinin BFB-nin 2010-cu il üzrə büdcəsi qəbul edilmişdir. Büdcədə cari il üzrə birjanın gəlirlərinin 1 312 800 manat, xərclərinin 1 milyon 111 min 490 manat, mənfəətin isə 201 min 310 manat məbləğində olacağı planlaşdırılır.

Yığıncaqda səhmdarlar tərəfindən təşkilati məsələlərə də baxılıb. BFB-nin növbəti iki il üzrə Müşahidə Şurasının yeni tərkibi sədr Cahangir Hacıyev (“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin Sədri) və üzvlər Araz Əliyev (“Kapital Bank” ASC-nin İdarə Heyəti Sədrinin müavini), Samir Balayev (“Unibank” ASC-nin Müşahidə Şurasının Sədrinin Müşaviri), Mansur Məmmədov (“Caspian Financial” MMC-nin direktoru), Mətanət İskəndərova (“Standard Capital” MMC-nin direktoru), Cəfər İbrahimov (“Texnika Kapital Menecment” MMC-nin direktoru) və Həsən Bədəlov (“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyəti Sədrinin müavini) olmaqla təsdiq edilmişdir. Daha sonra növbəti üç il müddətinə BFB-nin İdarə Heyətinin Sədri vəzifəsinə yenidən Xəyal Abdinov təyin edilmişdir. Həmçinin birjanın Maliyyə-Təftiş Komissiyasının yeni tərkibi sədr Vaqif Əfəndiyev, üzvlər Faiq Baxşıyev və Mətin Əmiraslanov olmaqla təsdiq edilib.

Yığıncağın sonunda səhmdarlar “Xalq Kapital” MMC-nin BFB-nin səhmdarları sırasına daxil edilməsi ilə bağlı müraciətini nəzərdən keçiriblər. Qərara alınmışdır ki, birjanın xalis aktivlərinin dəyəri nəzərə alınmaqla əlavə emissiya ediləcək 300 ədəd səhm nominal qiymətinin iki mislindən artıq məbləğdə dəyərləndirilərək yeni səhmdara təklif ediləcəkdir. 

Bu yazı toplam 43 dəfə oxunub.
Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış





   

   

Meheler haqqindaHavanin chirklendirilmesi haqqindaNere balıgi haqqinda