30/07/2010 10:45
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Bahar Muradova: “Referendum danışıqlar prosesinin müəyyən mərhələsində meydana çıxa bilər”
13/07/2009 13:47
Bahar Muradova: “Referendum danışıqlar prosesinin müəyyən mərhələsində meydana çıxa bilər”

RİYAD MEDİA-nın xəbərinə görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara öz münasibətini bildirərək söyləyib ki, “Azərbaycan Prezidenti artıq bir neçə dəfə çıxışlarında danışıqlar prosesi haqqında fikirlərini ifadə edərkən, irəliləyişlərin olduğunu vurğulayıb. Ona görə də irəliləyişlərlin nədən ibarət olduğunu bilməyərək, amma mövqeyini müsbət qəbul etmək olar. Amma razılaşmanın bu yaxınlarda bütövlükdə əldə olunacağını əvvəldən söyləmək olmaz. Bu prinsiplərin nədən ibarət olacağı ilin sonunadək müəyyənləşməsi gözlənilir. Hər halda söylənilənlər bunu deməyə imkan verir”.

            Əlbəttə hər iki tərəf razılaşmanın əldə olunmasına çalışarkən öz maraqlarını güdməyə çalışır. Bəlkə də buna zahirən təbii baxmaq olar. Amma obyektiv olan, həqiqətə uyğun olan ondan ibarətdir ki, bu razılaşma Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin etməlidir və Dağlıq Qarabağa yalnız Azərbaycan tərkibində mövcudluğunu nəzərə alan razılaşma olmalıdır.

            Bu yaxın zamanlarda bu məsələnin gündəmə gələcəyini düşünmürəm. Referendum danışıqlar prosesinin müəyyən mərhələsində meydana çıxa bilər. Hər halda bunun Azərbaycan Konstitusiyasında müəyyən olunmuş qaydası var. Bununla belə əvvəlki şərtlər yerinə yetirilmədən, ərazi bütövlüyü təmin olunmadan, işğalçı qoşunlar ərazidən çıxarılmadan, Azərbaycan icmasının nümayəndələri, Azərbaycan vətəndaşları öz evlərinə, işlərinə qayıtmadan statusun müəyyənləşməsi ilə bağlı hər hansı addımım atılması gözlənilmir.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış