30/07/2010 10:46
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Azərbaycanın ən böyuk karavansarayı əsaslı bərpa olunur
01/03/2010 10:28
Azərbaycanın ən böyuk karavansarayı əsaslı bərpa olunur

Şəkidə bölgənin unikal tarixi abidələrindən biri dağılmaq təhlükəsindən xilas olunub. Aşağı karvansarayın üzün illərdir gözlənilən bərpa layihəsinə start verilib.  Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən RİYAD MEDİA-ya verilən xəbərə görə, Şəki Azərbaycanın ən qədim ticarət və sənətkarlıq şəhəri olduğundan burada çoxlu bazar və karavansaraylar tikilib. Lakin dövrümüzə qədər onlardan yalınız ikisi - yuxarı və aşağı karavansaraylar gəlib çatıb. Yuxarı karavansaray mehmanxana kimi fəaliyət göstərsə də, aşağı karavansaray uçulub-dağılmaqda olan və istifadəyə yararsız bir tikili idi. Tarixi abidəni xilas etmək üçün ölkə başçısı regionların sosial-iqtisadi inkişafı dövlət proqramı layihəsinə aşağı karavansarayın əsaslı təmirini də daxil edib.

Ümumi sahəsinə görə yuxarı karavansaraydan bir qədər böyük olan aşağı karavansaray küçəyə baxan hissədə 12 metr, şərq və qərb tərəfdə isə 10 metr hündürlükdədir. 8 min kvadratmetirlik bir ərazini əhatə edən tarixi tikilinin 242 otağı və dörd giriş darvazası var. Bərpa işlərinə də Şəki el ustalarının cəlb edilməsi nəzərdə tutulur. Bərpa zamanı çatışmayan kərpiclər də Şəkidə istehsal olunacaq. Təmir işlərindən sonra aşağı karavansarayın hansı sahədə fəaliyyət göstərməsi üçün uyğunlaşdırma layihəsi həyata keçiriləcək. Ola bilsin aşağı karavansaray elə 200 il bundan qabaqkı təyinatı üzrə fəaliyyət göstərsin. Yəni həm mehmanxana, həm də ticarət mərkəzi olsun.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış