30/07/2010 10:37
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Azərbaycan Xarici İşlər Nazirliyi 2009-cu il üçün yekun hesabat hazırlayıb
14/01/2010 14:24
Azərbaycan Xarici İşlər Nazirliyi 2009-cu il üçün yekun hesabat hazırlayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2009-cu il üçün yekun hesabat hazırlayıb. Nazirlikdən RİYAD MEDİA-ya bildiriblər ki, 2009-cu ildə baş verən beynəlxalq proseslər yüksək dinamikliyi və qloballaşma çağırışlarının kəskinləşməsi ilə səciyyələnib. Dünya siyasətinin ümumi vəziyyəti qeyri-sabitliyi ilə xarakterizə olunub. Qeyd olunan zaman kəsiyində qlobal maliyyə-iqtisadi böhranın ən yüksək fazası qeydə alınıb, həmçinin ötən ildə beynəlxalq aləmdə güc və təsir mərkəzlərinin yenidən qruplaşmasına yönələn tendensiyalar özünü daha qabarıq şəkildə biruzə verib. Maraqların nisbi balansını təmin edən Azərbaycan ətrafındakı geosiyasi durum ciddi çağırışlara məruz qalıb.

2009-cu il Azərbaycanın xarici siyasəti üçün də mühüm məqamlarla yadda qalıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəal və çevik xarici siyasətimiz ölkəmizin milli maraqlarının təmini, beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi və regional lider kimi qüdrətinin güclənməsini şərtləndirib.

Əsas etibarilə milli maraqlarımızın təmininə söykənmiş balanslaşdırılmış xarici siyasət kursumuz yaxın və uzaq ölkələrlə bərabərhüquqlu, mehriban və qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı və dərinləşməsinə xidmət göstərib. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin il ərzində Macarıstan, İsveçrə, Küveyt, Yunanıstan, İran, Rusiya, Belçika, Çexiya, Böyük Britaniya, Qazaxıstan, Rumıniya, Moldova, Belarus, Bolqarıstan, Almaniya və Fransaya dövlət, rəsmi və işgüzar səfərləri, eyni zamanda, Rusiya, İsrail, Ukrayna, Polşa, Latviya, Suriya, Sloveniya, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Bolqarıstan prezidentlərinin Azərbaycana həyata keçirdikləri səfərlər mühüm əhəmiyyət kəsb etmiş və Azərbaycanla həmin ölkələr arasında siyasi dialoqun gücləndirilməsinə, iqtisadi-ticarət əlaqələrinin təşviqinə, humanitar sahələrdə əməkdaşlığın intensivləşməsinə, xalqlararası təmasların dərinləşməsinə və ümumilikdə, ölkəmizin beynəlxalq təbliğinə böyük töhfə verib.

2009-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə aparılan danışıqlar intensivliyi ilə səciyyələnib. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan və Azərbaycan Prezidentləri arasında il ərzində altı, xarici işlər nazirləri arasında isə bir neşə dəfə görüşün keçirilməsi buna dəlalət edir. Eyni zamanda, il ərzində beynəlxalq ictimaiyyətin də münaqişəyə diqqəti kifayət qədər yüksək olub.

Beynəlxalq birlik münaqişədə status-quo-nun saxlanılmasının yolverilməzliyini və münaqişənin tezliklə həllinin zəruriliyini dərk edir. Bu xüsusda, cari ilin 10 iyul tarixində Böyük Səkkizliyin İtaliyanın L’Akuila şəhərində keçirilmiş sammitində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatının, habelə 1 dekabr tarixində ATƏT-in Afina Nazirlər Şurası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri olan Rusiya və Fransa xarici işlər nazirləri və ABŞ dövlət katibininin müavininin, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin birgə bəyanatının qəbul olunması münaqişənin nizamlanmasına münasibətdə ən yüksək səviyyədə diqqətin olduğunu göstərir.

Ötən il Azərbaycan Respublikasının diplomatik xidmətinin yaradılmasının 90 illiyinin qeyd olunması ilə əlamətdar olub. Bu yubiley ilində milli diplomatiyamızın tarixi və dövlət müstəqilliyimizin bərpasından sonrakı dövr ərzində xarici siyasət idarəsinin fəaliyyətinin nəticələrinə yüksək maraq müşahidə olunubr. Bu münasibətlə beynəlxalq ekspertlərin iştirakı ilə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, habelə diplomatik nümayəndəlik və konsulluqlarımızın yerləşdiyi ölkələrdə müxtəlif konfranslar və tədbirlər təşkil olunub, diplomatiyamızın tarixi, prioritet istiqamətləri, ona təsir edən amillər və başlıca vəzifələri ilə bağlı hərtərəfli müzakirələr aparılıb. Diplomatiyamızın keçdiyi yola dair bir sıra materillar nəşr olunmuş, habelə bu mövzu kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olmuşdur. Azərbaycan diplomatiyası ötən illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpasının başlıca yer tutduğu əsas prioritetlərlə yanaşı, dünyada baş verən sürətli dəyişikliklərin tələblərinə cavab verməyə qadir olduğunu təsdiq edib.

2009-cu ildə Bakının islam dünyasının mədəniyyət paytaxtı elan edilməsi çox əlamətdar və mühüm hadisə olaraq, Azərbaycanın İKT ilə apardığı səmərəli və faydalı əməkdaşlığın və bütövlükdə ölkənin İslam ümməti arasında qazandığı nüfuzunun mühüm göstəricisi olub. Bu yüksək etimadı doğrultmağa çalışaraq, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafı, etnik və dini dözümsüzlük əleyhinə səmərəli ölçülərin hazırlanması, beynəlxalq ictimaiyyətdə, və ilk növbədə Avropada islamın, onun mədəniyyət, dəyər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədilə fəal səylər göstərmiş, geniş tərkibli bir sıra iri beynəlxalq təşəbbüslər həyata keçirib.Cari ildə beynəlxalq əlaqələrimizin coğrafiyasının genişlənməsi və diplomatik təmsilçiliyimizin sayının artırılması prosesi davam edib. Belə ki, 2009-cu ildə Meksikada səfirliyimiz, Yekaterinburqda baş konsulluğumuz fəaliyyətə başlamış,  Estoniya, Oman, Livan, Liviya, Serbiyada səfirliklərimizin və Batumidə isə baş konsulluğumuzun təsis edilməsi barədə qərarlar qəbul olunub.

2009-cu il ərzində Braziliya, Niderland, Çexiya, Mərakeş, Avstriyanın Azərbaycanda diplomatik nümayəndəlikləri açılıb ki, bu da ölkəmizə münasibətdə dünya ictimaiyyəti tərəfindən marağın yüksəldiyini göstərir.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış