30/07/2010 10:37
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Azərbaycan Microsoft-un “Həmkara Dəstək” proqramında iştirak edə bilər
03/03/2010 11:56
Azərbaycan Microsoft-un “Həmkara Dəstək” proqramında iştirak edə bilər

Azərbaycan nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərində keçirilən seminarda Microsoft-un “Həmkara Dəstək” proqramının ölkəmizdə tətbiqi imkanlarını nəzərdən keçirib. İKT İnformasiya Mərkəzindən RİYAD MEDİA-ya verilən məlumata görə, beynəlxalq seminarda Azərbaycanı, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən Ayaz Abuşov, Microsoft Azərbaycan şirkətindən Emin Axundov və Mədəd təşkilatından Teymur Məmmədov təmsil ediblər. “Həmkara Dəstək” proqramı müəllimlərin informasiya kommunikasiya texnologiyaları vasitəsilə peşəkarlıq səviyyəsinin artırılmasına yönəlib.

Seminar zamanı iştirakçılar “Həmkara Dəstək” adlı proqramın əsas məqsədləri - məktəblərdə fəal müəllimlərin təlimçi rolunu yerinə yetirməsi və  həmkarlarına dəstək göstərməsi məqsədi ilə yeni bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi,  şagirdləri gələcəyə hazırlamaq məqsədi ilə texnologiyalar ilə zəngin effektiv təhsilə cəlb edilməsi, “XXI əsr bacarıqlarının” təhsilə tətbiqinin dəstəklənməsi və məktəblərin peşəkar inkişaflarını və öz tələbatlarını təmin etmək məqsədi ilə resursların yaradılmasına kömək edilməsi haqqında bilik və bacarıqlar əldə ediblər.

Sözügedən tədbir “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramına” dəstək məqsədilə həyata keçirilib və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Microsoft Azərbaycan ilə imzalanmış “Təhsildə Əmkdaşlıq” Anlaşma Memorandumu çərçivəsində icra olunub.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış