12/03/2010 02:58
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Partnyorlar  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Avropa Komissiyası Bakı ofisinin rəsmiləri QHT nümayəndələri ilə görüşüb
08/02/2010 14:17
Avropa Komissiyası Bakı ofisinin rəsmiləri QHT nümayəndələri ilə görüşüb

Dünən Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin məsul şəxsləri Manfredas Limantas və Jerome Pons Qeydiyyatından İmtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin nümayəndələri – Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DİUC) həmsədrləri Razi Nurullayev və Oqtay Gülalıyev, “Alyans” Canlı Aləm və Etika İB-nin sədri Mənsurə Rəsulzadə ilə görüşüblər. Bu barədə RİYAD MEDİA-ya DİUC-dan bildiriblər.

Görüşdə  vətəndaş cəmiyyətinin nümayəndələri son zamanlar Ədliyyə nazirliyinin heç bir əsasa söykənmədən QHT-lərin qeydiyyatından imtina etməsi, eləcə də 3-cü sektorun fəaliyyətinin məhdudlaşdırılmasına və onların fəaliyyəti üzərində nəzarətin gücləndirilməsinə yönəlik hərəkətlər barədə Avropa Komissiyasının Azərbaycandakı nümayəndələrini məlumatlandırıblar. Görüşdə iştirak edən QHT nümayəndələri həmçinin qeyd ediblər ki, Azərbaycanda vətəndaş cəmiyyətinin çoxsaylı problemləri var.

QHT nümayəndələri  problemlərin araşdırılıb tədqiq olunması və həll edilməsi yönümündə Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) müxtəlif tədbirlər həyata keçirdiyini və bu yöndə beynəlxalq qurumlarla əməkdaşlıq etməkdə maraqlı olduqlarını Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin nəzərinə çatdırıblar.

Bu yazı toplam 47 dəfə oxunub.
Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış





   

   

Meheler haqqindaHavanin chirklendirilmesi haqqindaNere balıgi haqqinda