30/07/2010 10:51
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Asim Mollazadə İstanbulda Türkiyə-İsrail münasibətləri ilə bağlı müzakirələrdə iştirak edib
15/03/2010 16:41
Asim Mollazadə İstanbulda Türkiyə-İsrail münasibətləri ilə bağlı müzakirələrdə iştirak edib

Bakı. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə İstanbulda «Turkish Policy Quarterly» (Türk Siyasəti Hər Rübdə) dərgisinin və Konrad Adenauer Fondunun təşkilatçılığı ilə keçirilən «Köhnə dostlar, yeni düşmənlər? Türkiyə-İsrail əlaqələri üçün çətin zamanlar» mövzusunda keçirilən dəyirmi masada iştirak edib. Partiyanın mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, tədbirdə Türkiyə ilə İsrail münasibətlərində son zamanlarda yaşanan gərginlik, onun səbəbləri və aradan qaldırılması yolları, kimin iki ölkə arasında vasitəçilik edə biləcəyi ilə bağlı məsələlər müzakirə edilib.

Asim Mollazadə «İsrailin Təhlükəsizlik Problemi: Azərbaycanla müttəfiqlik region üçün nə ilə nəticələnə bilər?» mövzusunda məruzə edib. Həmçinin diskussiyaların gedişində mövzu ilə bağlı fikirlərini bölüşüb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.  

Müzakirələrdə Türkiyə və İsrailin qabaqcıl universitetlərinin, ictimai-siyasi təşkilatlarının nümayəndələri, həmçinin medianın aparıcı simaları iştirak edib.  

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış