11/03/2010 14:29
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Partnyorlar  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Ali məktəblərin boş qalan plan yerlərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə müsabiqənin nəticələri açıqlandı
14/08/2009 13:10
Müsabiqədə iştirak etmək üçün ümumilikdə 28479 abituriyent ərizə verilib

Azərbaycan Respublikası ali məktəblərinin boş qalan plan yerlərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə ərizələrin qəbulu 2009-cu il avqustun 7-dən 12-dək (saat 12:00-dək) internet vasitəsilə aparılıb.
Ali məktəblərin müabiqəsində iştirak etmək hüququ olan abituriyentlər mövcud qəbul qaydalarına görə elektron ərizədə boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin də kodlarını göstərə bilərdilər.
 Müsabiqənin nəticələri avqustun 12-də saat 15:30-da TQDK-nın internet saytında yerləşdirilmişdir. Abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə bilmişlər. Ali məktəblərin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub.
 Müsabiqədə iştirak etmək üçün ümumilikdə 28479 abituriyent ərizə verilib.
Ali məktəblərin boş qalan 1554 plan yerinə 1022 abituriyent qəbul olub.
Beləliklə, cari tədris ili üçün ali məktəblər üzrə ayrılan 29030 plan yerinə 28498 nəfər qəbul olmuş və qəbul planı 98.17 % dolub. 
 Qəbul olan abituriyentlər avqustun 14-dən avqustun 21-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim edib qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
2009/2010-cu tədris ili üçün 11 illik orta təhsil bazasından orta ixtisas məktəbləri üzrə ayrılan 6614 plan yerinə 6406 nəfər qəbul olub. 
Qəbul olmuş abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 9-cu sayında dərc olunmuşdur. Onlardan 6069 nəfəri Azərbaycan, 337 nəfəri isə rus bölməsi üzrə təqdim olunan plan yerlərinə qəbul olublar. 
Bununla da, cari tədris ili üzrə orta təhsil bazasından orta ixtisas məktəblərinə ayrılmış plan yerləri 96.86 % dolubmuşdur. 
Orta təhsil bazasmdan orta ixtisas məktəblərinin hər hansı şöbəsinə (əyani, qiyabi) qəbul olan abituriyentlər avqustun 14-dən avqustun 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməli və TQDK tərəfindən orta ixtisas məktəblərinə təqdim olunmuş "Qəbul olanların qeydiyyatı" siyahısında imza etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqmda əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.
Bu yazı toplam 75 dəfə oxunub.
Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış





   

   

Meheler haqqindaHavanin chirklendirilmesi haqqindaNere balıgi haqqinda