30/07/2010 10:43
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Abel Məhhərəmovun 60 yaşı oldu
05/01/2010 14:40
Abel Məhhərəmovun 60 yaşı oldu

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmovun 60 yaşı tamam olur. RİYAD MEDİA-nın xəbərinə görə, Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub. Orta məktəbi medalla bitirdikdən sonra A.Məhərrəmov 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub və 1971-ci ildə oranı əla qiymətlərlə başa vurub. A.Məhərrəmov Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışıb. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində «Üzvi kimya» ixtisası üzrə əyani aspiranturaya daxil olub.

1976-cı ildən BDU-da elmi-pedaqoji fəaliyyətə başlayan A.M.Məhərrəmov 1991-ci ilədək BDU-da baş elmi işci, baş müəllim, Universitetin tədris hissəsinin müdiri, sonralar isə dosent və dekan müavini vəzifələrində çalışmışdır. 1991-ci ildən «Alkenlərin, üçüzvli karbo- və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən də «Üzvi kimya» kafedrasının professorudur. 1993-cü ildən 1999-ci ilin yanvar ayına qədər BDU-nun kimya fakültəsinin dekanı vəzifəsində çalışıb. 1995-1997-ci illərdə Respublika Ali Attestasiya Komissiyasının qərarı ilə yaradılmış namizədlik və doktorluk müdafiə şurasının sədri olub

1998-ci ildə Nyu-York Elmlər Akdemiyasının həqiqi üzvü seçilib. O, elmi-pedaqoji fəaliyyəti dövründə xaricdə və respublikamızda dərc olunmuş 600-ə yaxın elmi əsərlərin müəllifidir. O cümlədən 33 ixtiranın müəllifidir, 8 monoqrafiyası, 37 dərslik və dərs vəsayiti çap olunmuşdur. İlk dəfə ana dilimizdə çapdan çıxan «Kiçik kimya ensiklopediyası» kitabının müəlliflərindən biridir.

1999-ci il yanvar ayının 11-də Respublika Prezidenti Heydər Əliyevin fərmanı ilə BDU-nun rektoru təyin olunub. 2000-ci ildən Respublika Ali Attestasiya Komissiyasının qərarı ilə BDU-nun nəzdində yaradılmış doktorluq və namizədlik Dissertasiya Şurasının sədridir. 2000-ci ildə Abel Məmmədəli oğlu Məhərrəmova «Əməkdar elm xadimi» fəxri adı verilib.

Ailəlidir 3 övladı, 4 nəvəsi var.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış