30/07/2010 10:39
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
“İşğal olunmuş torpaqlarımızı unutmayaq” layihəsinin icrasına başlanılıb
25/02/2010 15:06
“İşğal olunmuş torpaqlarımızı unutmayaq” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə   2010-cu ilin yanvar ayından etibarən “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin həyata keçirdiyi layihə məhz “İşğal olunmuş torpaqlarımızı unutmayaq” başlığı altında icrasına başlayıb.

 

GİN-nin mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən xəbərə görə, layihə çərçivəsində  divar kağızı,  üç dildə ( Azərbaycan,  ingilis və  rus dillərində)  CD disk, kitab  hazırlanması nəzərdə tutulmuşdur. Qeyd edək ki, layihədə əsas məqsəd erməni işğalçıları tərəfindən zəbt olunaraq 18 ilə yaxin müddətdə işğal altında saxlanılan  Azərbaycan əraziləri barədə ətraflı məlumatın verilməsidir.

 

Orta məktəb şağirdləri, Qarabağdan məcburi köçkün düşmüş yeniyetmə- gənclər və ümum Azərbaycan  gəncləri üçün nəzərdə tutulan layihə çərçivəsində işğal altında olan rayonlarımızın, eləcə də Dağlıq Qarabağ ərazisində  mövcud olmuş və işğal nəticəsində dağıdılmış tarixi abidələrimizin şəkillərinin divar kağızlarında çap edilməsi işlərinə artıq başlanılmışdır. Qeyd edək ki, divar kağızında yer almış şəkillər iki dövrü – işğaldan əvvəl və işğaldan sonrakı dövləri əhatə edir.

 

Yaxın günlərdə hazır olacaq kitab və CD diskdə işğal altında olan rayonların ərazisi, əhalisi,  tarixi, tarixi mədəniyyət abidələri, coğrafiyası,  təbiəti, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti,   məhşur ziyalıları və milli qəhrəmanları  barədə məlumat veriləcəkdir.

 

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış