30/07/2010 10:43
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
“Azercell” 2009-cu ilin yekunlarına dair hesabat verdi
19/03/2010 12:27
“Azercell” 2009-cu ilin yekunlarına dair hesabat verdi

Bakı. Rəşad. “Azercell Telekom” MMC 2009-cu ilin yekunlarını haqqında mətbuat üçün konfrans keçirib. RİYAD MEDİA-nın xəbərinə görə, Şirkətin Korporativ Ünsiyyət və Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə ötən ilin yekunlarına dair statistik məlumatları nəzərə çatdırıb. Ü.Həsənzadə bildirib ki, “Azercell Telekom” MMC Azərbaycan mobil rabitə bazarının 57,6%-nə nəzarət, ölkənin 80%-ni əhatə edən şəbəkə və nəhayət 4 milyona yaxın abonentə malikdir.

“Azercell Telekom” MMC 2009-cu il boyunca şirkətin ölkəmizin telekommunikasiya sahəsinin inkişafına təqribən 57,9 milyon ABŞ dolları, ölkədə fəaliyyət göstərdiyi 13 il ərzində isə 1 milyard ABŞ dollara yaxın investisiya yatırdığını açıqlayıb. Vergilərə gəlincə Ali Ağan ötən il üçün “Azercell Telekom” MMC-nin dövlət büdcəsinə təqribən 150,7 milyon ABŞ dolları ödədiyini deyib: “13 il ərzində bu göstərici təqribən 753,6 milyon ABŞ dolları təşkil edir. Ümumiyyətlə, 2009-cu ildə “Azercell” ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 2,7 % təşkil edib.”

Bundan başqa Şirkət öz işçilərinin inkişafına təxminən 1,6 milyon ABŞ dolları, 13 il ərzində isə 9,7 milyon ABŞ dolları həcmində sərmayə yatırıb.

Ötən il ərzində 177 yeni radio-baza quraşdırıldığını, indi onların ümumi sayının 1700-ə çatdığını deyən Ü.Həsənzadə günəş və külək enerjisi ilə işləyən ilk radio-bazanın istifadəyə verildiyini də jurnalistlərin diqqətinə çatdırıb.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış