30/07/2010 10:50
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
Əflatun Amaşov: "Bu gün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən KİV-lərin sayı 4 minə yaxındır ki, bunların 3 minə yaxını qəzetdlərdir"
09/07/2009 13:50
Reket qəzetlərin fəaliyyəti məhdudlaşdırılacaq

Mətbuat Şurasının sədri Əflatun Amaşov Riyad Media-ya verdiyi müsahibəsində bildirib ki, reket qəzetlərin növbəti siyahısının yaxın günlərdə açıqlanacaq və əvvəki 71 qəzet arasına daha 3 qəzetin əlavə olunacaq. Şura sədri deyib ki, çox yaxın günlərdə bu siyahıya təxminən 20 qəzetin də əlavə olunacaq. Reket qəzetlər müəyyən edildikdən sonra onların fəaliyyəti məhdudlaşdırılacaq. Bu gün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən KİV-lərin sayı 4 minə yaxındır ki, bunların 3 minə yaxını qəzetdlərdir. 
 Ə.Amaşov MŞ-da yaradılan komissiya tərəfindən Ədliyyə Nazirliyinin Reyestr Xidmətindən bu KİV-lər haqqında məlumat toplandığını deyib: “Əgər qəzetin il ərzində 12 sayı, jurnalında təxminən o qədədr sayı işıq üzü görmürsə, bu KİV-lərin fəaliyyəti dayandırılacaq və Reyestr Xidmətindən siyahıdan silinəcək”. Aparılan analizlərin nəticəsində qeydiyyatdan keçən 4 min KİV-dən təxminən 3 minə qədərinin bağlana biləcəyini vurğulayıb. 
 Sədr qeyd edib ki, “Reket jurnalistrika” dedikdə ayrı-ayrı adamlara böhtan atmaqla, qorxutmaqla böhtan atmaqla, şantaj yolu ilə qanun pozuntuları nəzərdə tutulur ki, bununla bağlı demək olar ki, MŞ-na hər gün şikayətlər daxil olur. 
 MŞ sədri KİV-lərin inkişafına Dövlət Dəstəyi fonduna da münasibətini bildirərək qeyd edib ki, “Azərbaycan Prezidenti yanında KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondunun verəcəyi yardımlardan bu tip KİV-lər yararlana bilməyəcəklər”. Fondun əsas məqsədinin Azərbaycan mətbuatının iqtisadi bazasının möhkəmlənməsi olduğunu, jurnalistlərin peşəkarlığının artırılmasına yönəldiyini bildirən MŞ sədri, bu yardımdan qanunvericiliyə uyğun fəaliyyət göstərən KİV-lərin yararlanacağını vurğulayıb: “Dövlət ölkədə azad mətbuatın inkişafı üçün maraqlıdır”. Hələlik büdcədən bir milyon üç yüz min manatın ayrıldığını bildirən sədr, “onun cüzi bir hissəsinin fondun qurulmasına sərf olunacaq, əsas hissəsinin isə öz layihələrini həyata keçirmək üçün kütləvi informasiya vasitələrinə veriləcək və məbləğ getdikcə artacaq”.
Sonda Ə. Amaşov deyib ki, Azərbaycan üçün hələ ki, 10-a yaxın qəzet kifayətdir. İlk dövrdə bunların sayı həddən artıq çox olub. Hazırda 30 gündəlik, 60 həftəlik qəzet fəaliyyət göstərir. Əlbəttə bazar münasibətləri inkişaf etdikcə, bunların əksəriyyəti aradan çıxacaq. Yavaş-yavaş Azərbaycanda əsl mətbuat yaranandan sonra, ictimai fikrin formalaşdırılmasında mühüm rol oynayacaq.
Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış