30/07/2010 10:46
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
22/02/2010 Xocalı və Lidiçe şəhərləri qardaşlaşacaq
22/02/2010 14:01
22/02/2010 Xocalı və Lidiçe şəhərləri qardaşlaşacaq

Fevralın 26-da Xocalı və Lidiçe şəhərlərinin icra hakimiyyəti başçıları bu şəhərlərin qardaşlaşması barədə protokol imzalayacaqlar.

Diaspora ilə İş Üzrə Dövlət Komitəsindən RİYAD MEDİA-ya verilən xəbərəg  görə, bu haqda Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə Praqada fəaliyyət göstərən Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov məlumat verib. Bu, Azər-Çex Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbir çərçivəsində baş tutacaq. Həmin gün Lidiçe muzeyində Heydər Əliyev Fondunun hazırladığı fotosərgi təqdim olunacaq, çexiyalı mütəxəssis Helena Masnikova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə ilə çıxış edəcək və Xocalı qətliamından bəhs edən sənədli film göstəriləcək. Tədbirdə Çexiyanın mədəniyyət naziri Vatslav Riedlbauch, Çexiya Parlamenti və Senatının, Çexiyadakı diplomatik korpusun əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Xocalı Şəhər İcra Hakimiyyətinin, bu ölkədəki diasporumuzun nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.
            Qeyd edək ki, Lidiçe şəhər rəhbərliyinin qərarına görə, bu şəhərdəki küçələrdən birinə Xocalı adı veriləcək. Bu barədə rəsmi qərarı bir neçə gün əvvəl Lidiçe şəhər icra hakimiyyətinin başçısı Yozef Klima “Azər-Çex” Cəmiyyətinə təqdim edib.

Xatırladaq ki, Lidiçe 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan edilmiş, əhalisi terrora məruz qalıb. Xocalı və Lidiçe faciələrinin oxşarlığı Azər-Çex Cəmiyyətinin 2007-ci il fevralın 26-da Lidiçe Muzeyi və Xatirə Kompleksində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş, 3 ay davam edən silsilə tədbirlər keçirməsinə səbəb olub.

 

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış