30/07/2010 10:49
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
22/02/2010 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qida məhsulları üzrə texniki komitənin təqdimatı keçirilib
22/02/2010 13:55
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qida məhsulları üzrə texniki komitənin təqdimatı keçirilib

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) qida məhsulları üzrə texniki komitənin təqdimatı keçirilib. Bu barədə RİYAD MEDİA-ya Dövlət Komitəsindən bildiriblər.

Komitənin Aparat rəhbəri Arif Əşrəfov bildirib ki, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması ərəfəsində və Avropa Birliyinə inteqrasiyası istiqamətində standartlaşdırma sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması vacib əhəmiyyət daşıyır. Texniki komitələr də məhz bu baxımdan xüsusi önəm daşıyır. Texniki komitələr respublikada keyfiyyətli ərzaq təminatını formalaşdırır, təhlükəsizlik problemlərini və harmonizasiya məsələlərini həll edir, şirkətlərin yeni standartlaşdırmaya və beynəlxalq təcrübəyə olan tələbatını ödəyir. Arif Əşrəfov qida məhsulları üzrə texniki komitənin işçi qrupuna gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra qida məhsulları üzrə texniki komitənin təqdimatı keçirilib. Bildirilib ki, ilkin layihədə texniki komitənin daxiində məhsul növləri üzrə 8 alt komitə formalaşdırılacaq. Ümumiyyətlə isə texniki komitənin bir sədri və iki müavini olmaqla katibliyi olacaq. Texniki komitənin iclaslarında iştirak edəcək maraqlı tərəflər isə dövlət qurumları ilə yanaşı, qida məhsulları istehsal edən sahibkarlıq subyektləri, qeyri-hökümət təşkilatları, ticarət assosiasiyaları, elmi-tədqiqat institutları, ekspertlər olacaq. Birgə görüşlərin faydaları isə standartların məzmununun bazar iştirakçıları və digər maraqlı tərəflər ilə birgə formalaşdırmaq imkanı verəcək. Ölkə daxili və beynəlxalq bazar iştirakçıları və rəqiblər ilə dialoqlar da məhz texniki komitə vasitəsilə reallaşacaq.

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış