30/07/2010 10:42
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
22/02/2010 Cari ilin Təmir Kampaniyasına Mart ayında start veriləcək
22/02/2010 10:43
22/02/2010 Cari ilin Təmir Kampaniyasına Mart ayında start veriləcək

Dörd 110 kV-lik, on 35/10-6 kV-lik  yarımstansiyanı özündə birləşdirən Goranboy Yüksək Gərginlikli Şəbəkə Rayonu üzrə cari və əsaslı təmiri ilə bağlı yerinə yetirilmiş tədbirlər planınnın nəticəsi olaraq  mövcud iqlim şəratitində heç bir şəbəkədaxili qəza hadisəsi baş verməyib. “Azərenerji”-nin mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən xəbərə görə, müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir.

Məlumatda bildirlir ki, dayanıqlığın daha da artırılması məqsədilə Şəbəkənin 10, 6 və 0,4 kV-lik xətlərində  bir sıra cari işlər yerinə yetirilib. Belə ki, zədəli izolyatorlar dəyişdirilib, boşalmış naqillər dartılıb, transformator məntəqələrində  isə kipləşdirmə işləri aparılmışdır. Eyni zamanda 0,4 kV-lik fiderlərdə səliqə-sahman yaradılmışdır. Bununla yanaşı cari ilin yanvar ayında dörd transformator məntəqəsinin kontur torpaqlanması da təmin edilib.

Şəbəkə rayonunun balans mənsubiyyətində olan 110/35/10 kV-lik "Çaylı" yarımstansiyasından çıxan 10 kV-lik "Todan" hava xəttinin rayonun dağlıq ərazisindən keçməsinə baxmayaraq burada da müxtəlif sayda yeni dayaqlar basdırılıb. Qeyd edək ki, adıçəkilən yarımstansiya Buzluq, Mənəş və Todan kəndlərini elektrik enerjisi ilə təmin edir.

Müəssisədən daxil olan məlumata istinadən  bildirək ki,  cari il üçün   həyata keçiriləcək əsaslı və cari təmir qrafikləri də artıq hazırdır. Məlumatda qeyd edilir ki, yeni təmir kampaniyasına cari ilin mart ayından start veriləcəkdir.  .

Onu da qeyd edək ki, hazırda "Naftalan" yarımstansiyasında genişləndirmə işləri aparılır, burada yeni tipli avadanlıqlar quraşdırılır.

Şəbəkə rayonu üzrə yeni smart-kart tipli sayğacların quraşdırılması da görüləcək işlər sırasındadır. Məlumat üçün bildirək ki, burada hələ ötən ilin yay aylarından yeni sayğacların quraşdırılmasına başlanılıb. Belə ki, Aşağı Ağcakənd, Qaraçinar, Yuxarı Ağcakənd və Meşəli kəndlərində məskunlaşan məcburi köçkün ailələri üçün 1520 ədəd elektron tipli sayğac quraşdırılıb.

Goranboyun mərkəzi hissəsi və ona yaxın olan ətraf kəndlər, habelə Naftalan şəhəri və Dəlməmmədli qəsəbəsinin smart-kart tipli sayğaclarla təmin edilməsi cari ilin iş qrafikinə daxil edilib.

Goranboy Paylayıcı Elektrik Şəbəkəsindən 2008-2009-cu illərdə istehlak edilmiş elektrik enerjisinin həcmi və enerji haqqlarının  ödənilməsi vəziyyəti ilə əlaqədar verilən məlumata əsasən, 2008-ci ilə nisbətən ötən il ərzində istehlak edilmiş elektrik enerjisinə  görə ümumi ödəniş mütləq 12,7 faiz artıb. Daimi əhali istehlakçı qrupunda isə bu göstərici 14,2 faiz təşkil edib.

 

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış