30/07/2010 10:51
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
19/02/2010 Londonda “Görünməmiş Salahov” adlanan sərgi keçirilib
19/02/2010 16:25
19/02/2010 Londonda “Görünməmiş Salahov” adlanan sərgi keçirilib

Londonun nüfuzlu Sothebys qalereyasında Buta Festivalının təşkilatçılığı və Səfirliyin dəstəyi ilə dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahovun əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. XİN-nin mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən xəbərə görə, “Görünməmiş Salahov” adlanan sərgidə tanınmış rəssamın Azərbaycan həyatının müxtəlif çalarlarını təsvir edən 30-dan artıq əsəri nümayiş etdirilib. Sərginin fevralın 25-ə qədər ictimaiyyət üçün açıq olacağı nəzərdə tutulur.

Açılış mərasimində Londonda akkreditə olunmuş səfirlər, diplomatik korpusun üzvləri, britaniyalı sənətsevərlər, bu ölkədə yaşayan Azərbaycan, türk və rus icmalarının nümayəndələri, jurnalistlər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Buta Festivalının baş direktoru Nəsib Piriyev tanınmış rəssamın həyat və yaradıcılığı haqda iştirakçılara məlumat vermiş və onun Sovet dövründə özünəxas yaradıcılıq xəttinə malik azsaylı incəsənət xadimlərindən olduğunu vurğulamışdır.

Daha sonra çıxış edən Sothebys qalereyasının direktoru Lord Poltimor məşhur rəssamın əsərlərinin Londonda nümayiş olunmasından məmnunluğunu bildirərək, ölkəmizə səfəri zamanı zəngin incəsənət irsimizlə tanışlığından bəhs etmişdir. Bakının zəngin mədəni həyatı və qədim incəsənət ənənələri ilə yaxından tanış olduğunu və bu gün azərbaycanlı rəssamın əsərlərinin Britaniya ictimaiyyətinə təqdim etməkdən xoşbəxt olduğunu nəzərə çatdırıb.

Mərasimdə çıxış edən səfir Fəxrəddin Qurbanov tanınmış rəssamın əsərlərindən ibarət sərginin Britaniyada təşkil olunmasını mühüm hadisə kimi qiymətləndirərək, mədəniyyətin xalqlar arasında körpü rolunu oynadığını qeyd etmişdir. Səfir həmçinin bu günkü sərginin Azərbaycan və Britaniya arasında mədəni əlaqələrin daha da dərinləşməsinə və ölkəmizin zəngin mədəni irsinin tanıdılmasına töhfə verəcəyinə əminliyini vurğulayıb.

 

 

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış