30/07/2010 10:46
                           
        Əsas Səhifə  |  Prezident  |  Siyasət  |  Seçkilər  |  Dünya  |  Azərbaycan  |  Qarabağ  |  Bölgə xəbərləri
        Əsas Səhifə  |  Iqtisadiyyat  |  Bank Sistemi  |  Neft-Qaz  |  Texnologiya
        Əsas Səhifə  |  Analiz  |  Müsahibə  |  Araşdırma  |  Sorğu
        Əsas Səhifə  |  Sosial  |  Səhiyyə  |  Təhsil  |  Din  |  Media  |  QHT
        Əsas Səhifə  |  Hərbi  |  Kriminal  |  Hadisə
        Əsas Səhifə  |  Ekologiya  |  Təbiət  |  Heyvanlar  |  Hava Proqnozu
        Əsas Səhifə  |  Mədəniyyət  |  Şou Biznes  |  Maraq dünyası  |  Təbriklər  |  Məşhurlar
        Əsas Səhifə  |  İdman
        Əsas Səhifə  |  Foto Qalereya  |  Video Xəbər  |  RSS
        Əsas Səhifə  |  AZERFON  |  ITECA  | 
        Əsas Səhifə  |  Haqqımızda  |  Əlaqə  |  Abunə  |  Reklam  |  Bizə Münasibət
RIYAD MEDIA | Informasiya Agentliyi

RSS Facebook Twitter

Şrift ölçüsü : 12 Punkt 14 Punkt 16 Punkt 18 Punkt
19/02/2010 “Xocalıya ədalət” kampaniyasının Küveytdə təqdimatı keçirilib
19/02/2010 08:35
19/02/2010 “Xocalıya ədalət” kampaniyasının Küveytdə təqdimatı keçirilib

Küveytin aparıcı gənclər təşkilatı olan LoYAC-ın (Youth Achievement Center) qərargahında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Xocalıya ədalət” kampaniyasının Küveytdə təqdimatı keçirilmiş, “Xocalıya Ədalət” kampaniyasının petisiyası imzalanmış və Xocalı qətliamının 18-ci ildönümü münasibətilə “Xocalı uşaqların gözü ilə” şəkil sərgisi təşkil olunub.

            XİN-nin mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Küveytdəki Səfirliyi və LoYAC-ın birgə fəaliyyəti olaraq, tədbir haqqında əvvəlcədən geniş ictimai məlumatlandırma aparılmış və Küveytin “Kuwait Times”, “Əl-Ray” və “Əl-Cəridə”, “Al-Avan” qəzetlərində tədbir haqqında elanlar yerləşdirilib.

            Tədbiri giriş sözü ilə saçan LoYAC-ın icraçı direktoru xanım F. Əl-Saqqaf Xocalı qətliamının insanlığa qarşı törədilmiş cinayət olduğunu qeyd edərək, bu tədbir vasitəsilə günahsız Xocalı qurbanlarının səsinin Küveyt ictimaiyyətinə çatdırılacağını qeyd etdi və rəhbərlik etdiyi təşkilatın “Xocalıya Ədalət” kampaniyası haqqında ictimai məlumatlandırmanı artırmaq istiqamətində fəaliyyətini davam etdirəcəyini nəzərə çatdırdı.

            Cari ilin 01-09 fevral tarixlərində Azərbaycana səfəri zamanı Xocalı qaçqınları və onların həyat şəraiti ilə tanış olduğunu bildirən natiq Azərbaycan xalqının qonaqpərvərliyinə, zəngin mənəvi və mədəni dəyərlərinə, musiqisinə, xüsusilə muğam sənətinə, Bakı şəhərinin gözəlliyinə və Azərbaycan xalqının qürur və səmimiyyətinə valeh olduğunu vurğuladı.

            Səfir Ş.Abdullayev bu tədbirin təşkilinə və Xocalı qurbanlarının haqq səsinin Küveyt ictimaiyyətinə çatdırılmasında göstərdiyi dəstəyə görə, xanım F.Əl-Saqqafa və LoYAC təşkilatının üzvlərinə minnətdarlığını bildirərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitinə düşməsi, ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terror əməliyyatları və insanlığa qarşı cinayət olan Xocalı qətliamının təfərrüatları barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi və “Xocalıya Ədalət” kampaniyası çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirdi. 

            Tədbirin proqramına uyğun olaraq, LoYAC-ın üzvü və Küveyt Universitetinin tələbəsi xanım Əmnəh Tarxan “Xocalıya Ədalət” kampaniyasının hazırladığı materiallar əsasında Xocalı qətliamı və “Xocalıya Ədalət” kampaniyası haqqında prezentasiya verdi.

            Cari ilin 01-09 fevral tarixlərində LoYAC təşkilatının üzvü olaraq Azərbaycana səfər etməyənə qədər bu dəhşətli faciə haqqında məlumatsız olduğundan xəcalət çəkdiyini bildirən Əmnah Tarxan bütün Küveyt gənclərini və ictimaiyyətini bu kampaniyaya qoşulmağa dəvət etdi. Uşaqların, hamilə qadınların və qocaların kütləvi şəkildə öldürüldüyü Xocalı qətliamı haqqında beynəlxalq kütləvi informasiya vasitələrində az məlumat verildiyindən təəssüfləndiyini bildirən natiq Xocalı haqqında məlumatlandırmanı artırmaq məqsədilə beynəlxalq informasiya yayım şirkətləri və Küveytin yerli kanallarına müraciət etdiyi barədə məlumat verdi.

            Bakıda olduğu müddətdə Xocalı qaçqınları ilə şəxsən görüşdüyünü qeyd edərək, Ə.Tarxan bu faciəni yaşayan insanların qürur və mətanətinə qibtə etdiyini və onların heç kimdən maddi yardım ummadıqlarını vurğuladı. Xocalı faciəsini yaşayan insanların yeganə məqsədinin onların haqq səsinin dünyaya çatdırılması olduğunu bildirən Ə.Tarxan qaçqınların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər haqqında ətraflı məlumat verdi.

            Proqrama uyğun olaraq “Xocalıya Ədalət” kampaniyasının təqdimatından sonra, kampaniyanın hazırladığı petisiyanın imzalanması mərasimi keçirildi. Sənəd Azərbaycan, Küveyt, İordaniya, Kanada, Çin, Mavritaniya, Livan və Hindistan vətəndaşları olmaqla, 49 nəfər tərəfindən imzalandı və sərgiyə baxış keçirildi (əlavə olunur).

            Tədbir Küveytin ən aparıcı televiziya kanalı olan “Əl-Vətən” kanalı və “Kuwait Times”, “Əl-Ğabas”, “Əl-Ray”, “Əl-Cərid” qəzetləri tərəfindən işıqlandırıldı.

 

 

Bu Yazıya Münasibətini Bildirən Olmayıb.
ARXIV
               Ətraflı Axtarış